O, UEFA Çempionlar Liqasının tarixinə düşdü

11:53 05.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Arsenal"ın gənc oyunçusu Maks Dauman UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Hafta.az xəbər verir ki, ingiltərəli oyunçu bu uğura turnirin əsas mərhələsinin dördüncü turunda "Slaviya" ilə oyunda meydana çıxmaqla nail olub.

M.Dauman oyunun 72-ci dəqiqəsində 15 yaş 308 günlük olarkən meydana çıxıb.

Qeyd edək ki, Dauman bu nailiyyəti Yussufa Mukokonu geridə qoyaraq qazanıb. Almaniyalı futbolçu UEFA Çempionlar Liqasında 16 yaş 18 günlük olarkən debüt etmişdi.